Cümə, 27 May 2022 00:16

Israil 80-ci yaşını görməyəcək - PROQNOZ

Ehud Barak sionist rejimin məhvi ilə bağlı proqnoz verib

Uşaq qatili sionist rejimin sabiq baş naziri Ehud Barak da bu rejimin məhv olacağını proqnoz verən analtik və rəsmilər sırasına qatılıb.

Onun sözlərinə görə, sionist rejim səkkizinci onilliyin "nifrininə" məruz qalır və onun həyatı qurulmasının səksəninci ildönümündən qabaq bitəcək.

Ehud Barak "Yedioth Ahronoth" qəzetindəki məqaləsində yazır: "Yəhudi tarixi boyu yəhudilər səksən ildən artıq hökumət etməyiblər. Davudun və Həşəmunilər dövrü istisna olmaqla. Həmin iki dövrdə də hökumətin dağılması səkkizinci onillikdə başladı. Hazırkı İsrail hökuməti üçüncü təcrübəsini yaşayır. İndi o, ömrünün səkkizinci onilliyini yaşayır. Səkkizinci onilliyin nifrininin əvvəlki kimi onun üzərinə yağacağı qorxusu var."

Sabiq baş nazir bildirib ki, yalnız İsrail kabinetləri səksəninci onillyin nifrininə məruz qalmayıb, ABŞ, İtaliya, Rusiya və dünyanın bəzi hökumət və dövlətləri səksəninci onilliyin lənətinə düçar olub.

Bundan əvvəl, sionist rejim ordusunun şikayətlər komitəsinin keçmiş rəhbəri və ordunun istefada olan generalı İshaq Brik vurğulamışdı ki, müqavimət qruplarının artan qabiliyyətinə diqqət etməklə, sionist rejim tənəzzül və məhv olmaq yolundadır. İsrail hazırda təhlükəsizlik-siyasi və iqtisadi problemlərlə üzləşib. Sionist hakimiyyətin fitnə-fəsadının ardınca işğal olunmuş ərazilərdə qanunilik böhranı hətta Qərb kəşfiyyat orqanlarının da İsrailin ayaqda qalacağına şübhə ilə yanaşmasına səbəb olub.

Bir çox sionistlər İsrailin süqutunun daxildən olacağına inansalar da, qeyd etmək lazımdır ki, 11 günlük müharibə zamanı sübuta yetdi ki, müqavimət raketləri və onların qabiliyyətinin artırılması sionist rejimin müdafiəsinin zəif cəhətləri ilə yanaşı, bu rejimin istənilən avantürasına son qoyacaq.

Ötən həftə işğalçı rejimin maharibə naziri Beni Gantz açıq şəkildə vurğulayıb ki, fələstininlilərin bəzi bölgələrə öz nəzarətini bərpa edəcəkləri gözlənilir, "yəhudi dövləti" isə qarşıdakı illərdə kiçiləcək və ola bilər ki, İsrail coğrafi cəhətdən Hayfanın cənubundakı Əl-Xudeyra şəhəri ilə Təl-Əvivdən 25 kilometr cənubda yerləşən Ğədira şəhəri arasındakı ərazi ilə məhdudlaşsın.

Oxunuş sayı 650 dəfə
Şərh vermək üçün giriş edin
Top