Cümə, 03 Yanvar 2020 21:43

Şəhid Süleymaninin yerinə yeni komandir təyin edildi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah”) "Qüds” xüsusi hərbi birləşməsinin yeni komandiri briqada generalı İsmayıl Kaani olub.
Bu barədə sərəncamı İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.
İ.Kaani sələfinin müavini vəzifəsində çalışırdı. Vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.
Xatırladaq ki, "Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ hava qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub.
Oxunuş sayı 1257 dəfə
Şərh vermək üçün giriş edin
Top