Şənbə, 21 Dekabr 2019 18:31

İsrailin cinayətləri araşdırılacaq

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin cinayətlərini araşdıracaq

Ədalətli qərarın veriləcəyi inandırıcı görünməsə belə, məhkəmənin baş tutması iynə ucu boyda qalan ümidin gözərtisini artırır.  

Verilən məlumata görə, dekabrın 20-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fatou Bensuda İsrailin işğal olunmuş Fələstin ərazilərində törətdiyi müharibə cinayətlərini araşdırmaq üçün kifayət qədər əsasların olduğunu açıqlayıb. 

Fatou Bensuda Fələstindəki vəziyyətin ilkin araşdırmasından sonra belə bir təhqiqat üçün "əsaslı səbəblər" müəyyən edildiyini bildirib. O, açıqlamasında bu gün də davam edən "Qərbi Şəriyədə, o cümlədən Şərqi Qüdsdə, həmçinin Qəzza zolağında müharibə cinayətlərini xatırladıb.

Haaqada məhkəmə şübhəli şəxsin tutulması və ya həbs olunması barədə qərar qəbul etdikdən sonra həmin şəxs Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olan istənilən ölkədə məhdudiyyət olmadan saxlanıla bilər...

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi hələ 2015-ci ilin yanvar ayında İsrailin hərbi cinayətləri ilə bağlı ilkin istintaqın başlandığını elan edib.

Oxunuş sayı 1354 dəfə
Şərh vermək üçün giriş edin
Top