İsrail ordusunun hərbçiləri Qəzza zolağında fələstinlilərin “Böyük qayıdış yürüşü” aksiyasını işıqlandıran “Anadolu” informasiya agentliyinin foto-müxbiri Əli Cadallahı yaralayıb.
Çəkiliş vaxtı zirehli gödəkçədə olmuş jurnalist sol əlindən güllə yarası alıb.
Müxbirinin “Şəfa” xəstəxanasına yerləşdirildiyi bildirilir.