Bazar, 13 May 2018 22:00

Qəzza bölgəsində 38 fələstinli öldürülüb

Bu barədə Rusiya mətbuatı xəbər verir.

Yaralananların sayı 1600-ü keçib.

Hərbiçilər etiraz aksiyalarının iştirakçılarına qarşı birbaşa atəş açır.

Aksiyalar ABŞ-ın Qüdsdə səfirlik açması ilə bağlı daha da şiddətlənib.

İsrail tərəfi sərhədin 12 məntəqəsində 35 mindən çox etirazçının olduğunu bildirib. 

Aksiya iştirakçıları yanar maye olan şüşə qabları İsrail hərbiçilərinə tərəf atırlar, təkərləri yandırır, sərhəd qurğularını dağıtmağa çalışırlar.

Əsgərlər isə, aksiya iştirakçılarına qarşı xüsusi vasitələr istifadə edirlər.

Sərhədin dağıdılmasından ehtiyat edən İsrail tərəfi Qəzza bölgəsinə əlavə iki piyada briqadası, İordan çayının qərb sahilinə bir piyada briqadası gətirib.

Etiraz aksiyalarının başlanmasından ay yarım ötüb. Mayın 14-də ABŞ səfirliyinin açılışı günü fələstinlilərin "Böyük qayıdış marşı” kulminasiya nöqtəsinə çatıb.(Meydan.tv)

Oxunuş sayı 3072 dəfə
Şərh vermək üçün giriş edin
Top