Çərşənbə, 21 İyun 2017 22:00

Səudiyyənin yeni vəliəhdi İrana müharibə elan etdi

Səudiyyə Ərəbistanında yeni vəliəhd təyin olunmuş Məhəmməd bin Salman əl-Səud İranla danışıqlar aparılmayacağını və müharibəni İran daxilinə çəkəcəyini deyib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İranın “Nəsr” agentliyi yayıb. Məlumatı “Əlcəzirə”nin Tvitter hesabından götürdüyünü bildirən agentlik yeni vəliəhdin İranla danışıqların mümkünsüz olduğunu dediyini açıqlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud kral Salman Məhəmməd bin Naifin yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salman əl-Səudu yeni vəliəhd təyin edib.

Oxunuş sayı 1863 dəfə
Şərh vermək üçün giriş edin
Top