Cümə axşamı, 06 Aprel 2017 22:00

Rusiya ABŞ-la Suriyadakı razılaşmasını bitirdi – Son dəqiqə

Rusiya ABŞ-ın Suriya aviabazasına hücumundan sonra “ABŞ-la Suriyada insidentlərdən qaçmaq haqqında” memorandumun fəaliyyətini dayandırıb.

Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik ABŞ-ın bugünkü addımının Rusiya-Amerika münasibətlərini daha çox dağıtdığını bildirib.

Qeyd edək ki, tərəflər arasında memorandum 2015-ci ilin oktyabrında imzalanıb.

Oxunuş sayı 1801 dəfə
Şərh vermək üçün giriş edin
Top