İsrail hökuməti İordan çayının Qərb Sahilində yeni yəhudi məskəninin salınmasına dair qərar qəbul edib. Bu barədə baş nazir Binyamin Netanyahunun “Feysbuk” səhifəsində dərc olunmuş məlumatda bildirilir.
“Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hərbi-siyasi kabinet Amon sakinləri üçün Şilox vadisi rayonunda yeni məskənin salınmasını yekdilliklə dəstəkləyib”, - deyə məlumatda bildirilir.
Qərar 2 minədək evin tikilməsini nəzərdə tutur.