Çərşənbə axşamı, 13 Dekabr 2016 21:00

Hələbdə silahlılara ağlayanlar bunları bilirlərmi?!

 

Yaxın və Orta Şərq üzrə ekspert Samid Paşa

Hələbin radikal qruplaşmalardan təmizlənməsi Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, ABŞ, bəzi Avropa ölkələri və sair ölkələrdə etirazlara səbəb olub. Onlar Hələbdəki qruplaşmalara ağlayaraq və güya Hələbin qətliam edildiyini iddia edərək dünya ictimaiyyətini hərəkətə keçməyə çağırırlar. Amma onla bunu bilirlərmi ki..

Hələbdə 3 kvartalda sıxışdırılan radikal qruplaşmalar (onların sayının minimum 3 min olduğu bildirilir) bu gündən etibarən şəhərdən təxliyə edilirlər. Artıq ötən gündən başlayaraq əhali Hələbin şərqində azad edilən bölgələrə qayıtmqdadırlar. Rusiya Müdafiə Nazirliyi təkcə ayın 12-də 7 min əhalinin azad edilmiş bölgələrə qayıtdığını yazır.

Hələbdə qruplaşmalara ağlayanlar Suriya ordusu və müttəfiqlərini məzhəbçi adlandırırlar. Amma onlar bunu bilirlərmi ki, ilk dəfə Suriyada məzhəbçiliyi yayan elə özləri olmuşlar?!.

Onlar bilirlərmi ki,  əl-Qaidənin Suriya qolu bu ölkədə varlığını 2012-ci ildə elan edib. Amma Hizbullah 2013-cü ildə Suriyaya girib?!.

Onlar bunu bilirlərmi ki,  “Suriyada Ələvi olan Bəşər Əsədi devirmək lazımdır” şüarını Səudiyyə Ərəbistanın kəşfiyyatı Türkiyənin logestik  dəstəyi ilə həyata keçirirdi?!.

"O Ələvidir"  "O Nuseyridir" "O şiədir" "O məcusidir" kimi ikrah hissi doğuran "şüarları" 2011 və 2012-ci ildə tolerant bir ölkə olan Suriyaya idxal edənləri siz tanımırsınızmı?! İndi niyə Suriya ordusu və müttəfiqlərini məzhəbçilikdə ittiham edirsiniz?! Bu, "keçəl baxar güzgüyə adın qoyar özgəyə" məsələ deyilmi?!

Onlar bilirlərmi ki,  Suriya 2011-dən öncə müsəlman dünyasının ən nümunəvi tolerant və multikultral ölkəsi idi? Bəs niyə indi Suriya ordusu və müttəfiqlərini məzhəbçilikdə ittiham edirlər?!.

Onlar bilirlərmi ki, Hələbdə və eləcə də Suriyanın cənub və şimalında qruplaşmalara hakim kəsilən əl-Qaidənin ölkə üzrə qolu “ən-Nusra Cəbhəsi”dir ?!.  (hazırki adı Cəbhət Fəthiş-Şam)

Onlar bilirlərmi ki, vəhhabi ideologiyasını həyata keçirən “ən-Nusra”nın dəfələrlə elan etdiyi kimi məqsədi ölkədə “İslam Dövləti” təşkil etməkdir.?!

Onlar bir ölkənin və dövlətin “inqilab” bəhanəsilə dağıdılması və onun yerinə xırda çoxsaylı qruplaşmaların yaradılmasının təhlükəsini bilirlərmi?!.

Onlar indi Hələbdə muhasirədəki qruplaşmlara ağlayırlar, amma 2013 və 2014 cü illərdə Hələbin qərbində 100 min insanın olduğu 4 rayonun düz iki il qruplaşmaların muhasirəsində qalmasını bilirlərmi ?!. Onlar o zaman niyə mövqeyini ortaya qoymurdular?!.

Onlar bilirlərmi ki son ildə qruplaşmaların olduğu Hələbin şərqindən qərbinə minlərlə top və raket atılıb?!.

Onlar bilirmi ki, Suriya Ordusu 3 aydır Hələbdə muhasirədəki qruplaşmalara bölgəni heç bir təhlükə olmadan tərk etmək təklifi verirdi, radikal qruplaşmlar isə qalmağda israr edib, "öz şəhərlərini" dağıtmaq niyyətini ortaya qoydular?!

Onlar bilirmi ki, son iki ayda Suriyanın 7 şəhərində əhali qruplaşmlaara təzyiq göstərib və qruplaşmlar ağır silahlarını orduya təslim edərək Türkiyə sərhədlərinə gediblər?!

Amma indi Hələbin azad edildiyi zamanda onlar bilirlərmi ki, şəhərin qərbində olan 100 mindən artıq insan və eləcə də Suriyanın 13 əyalətində milyonlarla insanlar sevinc içindədirlər?!.

Siz Hələdbə mülki insanlara, uşaq və qadınlara ağlamırsınız. Siz öz muzdurlarınıza ağlayırsınız. Siz mülki insaların halına acısaydız, milyonlarla dolları silaha verib ölkəni dağıtmaq üçün Suriyay göndərməzdiniz.

Doğrudur hər kim mülki insanları məqsədyünlü şəkildə hədəfə alsa pislənilməlidir və məhkum edilməlidir. Amma iki aydır Hələbdə mülki insanları canlı sipər edən qruplaşmalara bəraət qazandırısınız və onların məğlubiyyətinə görə göz yaşı tökürsünüz. Bəsdir daha suriyalıların qanı ilə ticarət etdiniz!

Bu gündən sonra Hələb şəhərində güllə səsi eşidilməyəcək. Hələblilər artıq təhlükəsizliyə qovuşdular. İnsanlar sabaha ümidlə baxacaqlar. Siz, biz və hamımız bilirik ki, muharibə nə deməkdir. Gəlin əl-ələ verib onun sonuna çıxaq!

Oxunuş sayı 1638 dəfə
Şərh vermək üçün giriş edin
Top