Bazar ertəsi, 02 May 2016 22:00

Ümid Partiyasında istefa: "Sədr gizli qərar qəbul edib"

Ümid Partiyası sədrinin gender məsələləri üzrə müavini Həcər Abbaslı partiyadan istefa verib. 

Arqument.Az xəbər verir ki, bu barədə Həcər Abbaslı feysbukda yazıb. 

O, istefasını partiyada demokratiyanın olmaması və sədrin təkbaşına qərar qəbul etməsi ilə əlaqələndirib: "Mən Həcər Abbaslı bu gündən ÜMİD partiyası sədrin gender məsələləri üzrə müavini vəzifəsindən və partiya üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Bildirmək istəyirəm ki, istefamı partiya daxili qərarların demokratik yolla qəbul edilməməsi, partiya daxili idarəçiliyinin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, prespektivi və ümumkomanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəmnində aparılması bu qərarı verməyimə səbəb oldu". 

"Qərarımı qətiləşdirən başqa bir fakt Azərbaycan Respublikası Milli Məclisinə 2016-ci il 18 iyun təkrar seçkilərində iştirak etmək istəyim və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyini partiya rəhbərliyi və üzvləri ilə müzakirə etmədən gizli şəkildə irəli sürməsi olmuşdur. 

Bəyan edirəm ki, bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkşaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm", - Həcər Abbaslı bildirib.

Oxunuş sayı 1154 dəfə
Şərh vermək üçün giriş edin
Top