Şənbə, 25 Aprel 2020 14:28

Yaşlı və xəstə atama qarşı işgəncələri durdurun - BƏYANAT

Siyasi məhbus Məhəmmədəli Axundzadə atası Ruhullah Axundzadə ilə bağlı bəyanat verib. Bu barədə Xeberinfo.de-ə axundzadələr ailəsindən məlumat daxil olub.

Bəyanatda deyilir:

“Mən Axundzadə Məhəmmədəli atam ikinci qrup əlil, siyasi məhbus Ruhullah Axundzadənin həbsini sifariş verən və  işgəncələrə məruz qoyan şəxs və ya şəxslərə bəyan edirəm: Atam 08 yanvar 2011-ci ildə siyasi fəaliyyətinə görə, saxta və qurama ittihamlarla 11 il 6 ay azadlıqdan məhrum edilib. Bu günə qədər səbr və cəsarətlə dözüb, ancaq Allaha arxalanıb. Yaşlı və xəstə atama qarşı işgəncələrinizi durdurun, nəfsi istəkləriniz üzündən atamı incitməyin. “Allahin hidayyəti olmadan öz nəfsi istəklərinə uyandan daha çox  azğin kim ola bilər” – Quranda deyildiyi ki, azğınlıqdan qorxun və uzaq olun.

Hamınız bilirsiniz ki, atam xəstədir və çox ağır günlər keçirir, başına bir iş gələrsə, məsuliyyət sizin üzərinizə qalacaq və ailəsinə, yaxınlarına, Azərbaycan xalqına cavab verə bilməyəcəksiz. Çünki atamı və onunla bərabər yüzlərlə günahkar şəxsi şərləyib, həbs etmisiz.

Xəstə və yaşlı atamı, eyni zamanda bütün siyasi məhbusları azad edin”.

Qeyd edək ki, Məhəmməd Axundzadə, atası və kürəkəni siyasi məhbusdurlar.

Oxunuş sayı 987 dəfə
Şərh vermək üçün giriş edin
Top