Bazar ertəsi, 06 Aprel 2020 21:05

İki siyasi məhbus azad edildi

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncam dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı məhkumlara şamil edilib. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Onların arasında iki siyasi məhbus da var: Fəraməz Abbasov və Eldar Binyadov.

Qeyd edək ki, Fəraməz Abbasov 2011-ci ildə həbs edilib.

Eldar Əliağa oğlu Binyadov isə 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən 7 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən olaylarla bağlı həbs edilib.

Oxunuş sayı 811 dəfə
Şərh vermək üçün giriş edin
Top