Bazar ertəsi, 06 Aprel 2020 20:49

65 yaşlı siyasi məhbus niyə azad edilməyib? - Ailəsindən açıqlama

Bu gün Azərbaycanda Koronavirusla əlaqədar olaraq, yaşı 65-dən yuxarı olan məhbuslar buraxılıb. Lakin saxta ittihamlarla 12 il azadlıqdan məhrum edilmiş, siyasi məhbus, şəkərli-diabet və ürək xəstəsi, 2-ci qrup əlil hacı Rufulla Axundzadənin adına rast gəlmədim. R.Axundzadənin ailəsilə əlaqə saxlayıb səbəbini öyrənməyə çalışdıq. Axundzadənin ailəsindən Xeberinfo.de-ə verilən məlumata görə, Hacı Rufullanın da bütün sənədləri alınıb və ailəsi yolunu gözləyirmiş: "Papa zəng etdi, dedi ki, hətta rəsi də mənim adımın çıxmasını gözləyirdi. Hamımıza müəmmalıdır. Sənədlərim hazırlanıb, Nizami Rayon Məhkəməsinə təqdim edilib. 65 yaşım var, II qrup əliləm, ağır şəkər və ürək xəstəsiyəm".
Qeyd edək ki, R.Axundzadə 2011-ci il 12 müddətinə azadlıqdan məhrum edilib. Oğlu və kürəkəni də siyasi məhbusdurlar.

Oxunuş sayı 826 dəfə
Şərh vermək üçün giriş edin
Top