Cümə axşamı, 26 Mart 2020 22:34

AİP Ombudsmana müraciət etdi

Azərbaycan İslam Partiyası (AİP) Ombudsmana müraciət edib. Bu barədə AİP-in sözçüsü Akif Heydərli Xeberinfo.de-ə məlumat verib. Məlumatı olduğu kimi dərc edirik:  

“İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin Hüquqlarının İctimai Müdafiə Komitəsi toplantılarına ara verilmidir. Bunun obyektiv və həm də subyektiv səbəbləri var idi. Əvvəla bir neçə insanın bir yerdə toplanması problemi, ikinci əsas səbəb isə AİP-in mənzil qərargahının boşaldılmasıdır. Amma Müdafiə Komitəsi bacardığını etməyə çalışır. Belə ki, ittiham haqqında və Hacının özü haqqında Avropa insan haqları mərkəzlərinə mütəmadi məlumatlar çatdırılır. MK Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya həbsin motivləri, Hacı İlham Əliyevin fiziki nasazlığı, həbsin ev dustaqlığı ilə əvəzlənməsi və əsasən də istintaqın obyektiv aparılması barədə rəsmi müraciət ünvanlamışdır. Növbəti addımlar barədə oxuculara məlumatlar veriləcək“.

Oxunuş sayı 1088 dəfə
Şərh vermək üçün giriş edin
Top