Cümə, 01 Mart 2019 08:32

BMT-nin Berlin ofisi məhbuslara işgəncə faktlarını tələb edib - VİDEO

Dünən (28.02.2019) Berlində BMT-nin ofisi qarşısında bir qrup siyasi mühacirin təşkilatçılığı ilə "Siyasi məhbuslara azadlıq və demokratiyaya dəstək" adlı mitinq keçirilib. Bu barədə siyasi mühacir Rafiq Təmrəzov məlumat verib: "BMT-nin Berlin ofisinin qarşısında təşkil etdiyimiz aksiyanın əsas məqsədi, siyasi məhbusların azadlığını tələb etmək idi. Tələblərimizi bildirmək üçün Qətnaməmizi rəsmi qaydada təqdim etdik. Sənədlə tanış olduqdan sonra bizə bildirdilər ki, sıxışıdırılan və işgəncə alan siyasi məhbuslar barəsində rəsmi məlumat hazırlayın ki, Azərbaycan hökumətilə bu mövzuda danışaq. Aksiyaya qatılanlara təşəkkür edirəm".

Oxunuş sayı 664 dəfə
Şərh vermək üçün giriş edin
Top