Çərşənbə axşamı, 08 Dekabr 2015 21:00

"Məqsəd Tale Bağırzadəni həbs etmək idisə..." - İlham Həsənov

 “Nardaranda baş vermiş hadisə çox böyük faciədir. 2-i polis olmaqla 6 nəfərin ölümünün məsiliyyəti birmənalı olaraq Azərbaycan hakimiyyətin üzərindədir. İndi şou yaradıb bir qrup şəxsi həbs etsə də, bu insanların qanı hökumətin boynundadır. Görünən odur ki, Tale Bağırzadəni daha ağır şəkildə cəzalandırmaq üçün 6 nəfərin ölümü ilə nəticələnən “əməliyyat” təşkil olundu” – “Söz Haqqı" Demokratiya Mərkəzinin sədri İlham Həsənov bu fikirdədir.

5

İ.Həsənov hesab edir ki, məqsəd Tale Bağırzadəni həbs etmək idisə,

onu dəvət edib saxlamaq da olardı: “Onu hüquq-mühafizə orqanlarına dəvət etmək kifayət idi. Hacı Taleh heç vaxt belə çağırışlardan yayınmamışdı. Hər zaman dinc, sivil mübarizənin tərəfdarı kimi çıxış edən Taleh Bağırzadəyə və tərəfdarlarına qarşı səsləndirilən ittihamları əsassız, saxta və uydurma hesab edir, bütövlükdə hadisəni hakimiyyətin inanclı vətəndaşlarımıza qarşı təxribatı hesab edirəm”.

Bu davranış onu göstərir ki, hakimiyyət heç bir sərhəd tanımır. Siyasi iddiası olan və hakimiyyətin əsas fiqurlarından kimisə tənqid edən istənilən şəxsi ən ağır formada cəzalandırır. Hökumətin belə rəftarı ölkədə çox böyük faciələrə yol açacaq. Bir vətandaş kimi hökuməti yeni təxribatların baş verməsinə, vəziyyətin daha da gərginləşməsinə səbəb olan addımlardan çəkinməyə səsləyirəm - İ.Həsənov bildirib.

 

Oxunuş sayı 945 dəfə
Şərh vermək üçün giriş edin
Top