Cümə axşamı, 22 Dekabr 2016 21:00

Siyasi mühacirlər Azərbaycan üçün nə(lər) edirlər?

Ələsgər Vəliyev: "Bütün çətinliklərə baxmayraq Azərbaycandaki demorktaik proseslərə dəstək vermək borcumdur"

“Mən siyasi müxalif düşüncəli insan olaraq, Almaniya gəldiyim gündən bir an də susmamışam. Müxtəlif vasitələrlə Azərbaycandakı siyasi proseslərə maddi və mənəvi dəstək verməyə çalışmışam”. Bu sözləri KXCP-nin mühacirətdə olan fəal üzvü, Ələsgər Vəliyev deyib.

Ə.Vəliyev mühacirətdə yaşamğın elə də asan olmadığını qeyd edib: “Mühacirətdə olan siyasi aktiv insanları "xaricə siginib rahat həyat" sürməkdə ittiham edirlər. Sosial şəbəklərdə və kütləvi informasiya vasitələrində daim fikirlərimi səsləndirmişəm. Azərbaycanda baş verən hadisələrələ bağlı Almaniyanin siyasi dairələrinə müraciət ünvanlamışam. Məsələn Almaniyanın tanınmış qəzetlərindən biri olan "Stadt Nürenberg" qəzetində 13 aprel 2011 ci il tarixində “Ayaqlar altına alınan demokratya” başlıqlı məqaləm dərc edilmişdi. Bundan başaq Azərbaycanda baş verənlərə dair kiçik hesabatlar və müraciətlər hazırlayıb, həmin hesabatları Almaniya Kansleri xanim Angela Merkel və Almaniyanın Xarici İşlər Nazirliyinə ünvanlamışam”.

Ünvanladiğınız məktublara adiyyatı qurumlardan hər hansı bir reaksiya olubmu – sualına Ə.Vəliyev belə cavab verib: “Azərbaycandakı məmurlardan fərqli olaraq, burada istənilən rəsmi şəxsə ünvanlanan sorğu cavabsız qalmır. Məsələn, Azərbaycanda insan hüquqlarına, məmur özbaşnalığına və korrupsiya ilə bağlı xanim Angela Merkelə ünvanladığım məktuba 08.11.2013-ci il tarixdə Kanslerin cənubi Qafaz üzrə məsləhətçisi cənab Glemens Kohnendən rəsmi məktub almışam. Cənab Kohnen öz məktubunda Azərbaycanda insan hüquqlarının mövcud vəziyyəti haqqında məlumatlı olduğunu və vəziyyətlə bağlı narahtlığını ifadə etmişdir”.

Ə.Vəliyev fəaliyyəti ilə bağlı şəxsinə edilən təyiqlərdən də söz açıb: “Mən bütün təzyiqlərə baxmayaraq, faəliyyətimi davam etdirəm.Təzyiqlər dünən də var idi, bu gün də var. 2014 ci ildə sosial şəbəkələrdə mənim hakimiyyətin avtoritar idarəetmə üsüllarını ifşa edən, korrupsiyalaşmış idarə etmə sistemini tənqid etdikdən sonra, Azərbaycandakı qohumlarımı hakimiyyət narahat etməyə başladı. 18 fevral qardaşım İlyas Vəliyev və atam Əjdər Vəliyevə qarşı təqiblər başladı. Yerli icra nümayəndəliyi tərəfindən dəfələrlə onlara qeyri-rəsmi olaraq xəbərdarlıq edilib. Ümumiyyətlə 2003 oktaybr hadisələrindən bu günə qədər özümə və ailə üzvlərimə qarşı təqiblər davam edir. Bütün çətinliklərə baxmayraq Azərbaycandaki demorktaik proseslərə dəstək vermək borcumdur.

Oxunuş sayı 1364 dəfə
Şərh vermək üçün giriş edin
Top