Bazar, 17 Aprel 2016 22:00

Əli Əkbər Vilayəti Dağlıq Qarabağ haqda danışdı: ''Münaqişəni xaricdən qızışdırıblar''

İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə məsləhətçisi və strateji tədqiqatlar üzrə mərkəzi şurasının sədri Əli Əkbər Vilayəti İran televiziyasında çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinə fikrini bildirib.

Avropa.info xəbər verir ki, onun sözlərinə görə, Dağlıq Qarabağda gedən son döyüşlər xaricdən provakasiyanın nəticəsi olub. Belə ki, nə Azərbaycan, nə Ermənistan hərbi əməliyyatlarda maraqlı olmayıb. O, bunu münaqişənin tərəflərin hərbi əməliyyatlara başlamasından cəmi üç gün sonra dayanması ilə əlaqələndirib.

Vilayəti qeyd edib ki, bəzi ekspertlərin fikrinə görə, İraq və Suriyadakı hərbi uğursuzluqlardan sonra Vaşinqton Rusiya sərhədlərində yeni münaqişə ocağı yaratmaqda maraqlıdır. Belə ki, Suriya rejiminin ayaqda qalmasında məhz Moskva ciddi rol oynadı.

Vilayəti buradan çıxış edərək, regionda sülhü bərqərar etmək üçün Dağlıq Qarabağ münaqişəsinin Rusiya və İranın vasitəçiliyi ilə dialoq yolu ilə həll olunmasının vacibliyini qeyd edib. 

Oxunuş sayı 1244 dəfə
Şərh vermək üçün giriş edin
Top