Şənbə, 09 May 2020 05:04

Bu saziş Azərbaycanın milli maraqlarına qarşı ciddi təhdiddir - BƏYANAT

"Kölgə" Yardım Birliyi İranın Azərbaycan ərazisində ermənilər üçün tikdiyi körpülərə etiraz edib. Bu məqsədlə bəyanat yayıb. Xeberinfo.de həmin bəyanatı təqdim edir:

"İranın Ermənistana dəstək verməsində Əliyev tayfa hakimiyyətinin razılığına qarşı “Kölgə“ Yardım Birliyinin etiraz

B Ə Y A N A T I

23 fevral 2016-cı il tarixdə İran İslam Respublikasının paytaxtında imzalanmış,  14 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilmiş sazişi qətiyyətlə pisləyir, Azərbaycan dövlətinə və xalqına qarşı xəyanət hesab edir, dərhal icrasının dayandırılmasını və ləğv olunmasını tələb edirik.

Sazişə əsasən, Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsi davam etdirməli və istismara verilməlidir. Təbii ki, tikintini İran tərəfi aparır, körpülər İranla işğalçıları birləşdirmək üçündür. 

Qeyd edək ki, sözü gedən ərazi erməni terrorçuları tərəfindən işğal edilib və onların nəzarətindədir. Əliyev hakimiyyəti hansı məntiq və hüquqi əsasla nəzarət etmədiyi ərazilərdə tikinti işlərinin aparılması ilə bağlı öhdəlik götürə bilir? Hesab edirik ki, belə bir saziş beynəlxalq hüquqa ziddir və Azərbaycanın milli maraqlarına qarşı ciddi təhdiddir.

Məlum sazişin icrası işğalçı Ermənistanın İranla əlaqələrinin daha rahat yaranmasına xidmət edir. Bu da, terrorçu rejimin möhkəmlənməsilə nəticələnə bilən amildir.

Belə rüsvayçı sazişi imzalamaqla Azərbaycan hökuməti xalqına və dövlətə xəyanət edib, İran isə maraqları naminə işğalçıya dəstək vermişdir.

Biz Azərbaycan dövlətini təmsil edən qəsbkar Əliyev rejimindən, sazişdən imtina etməyi tələb edirik, eyni zamanda İran İslam Respublikasından, sazişin icrasını dayandırmağı istəyirik.

“Kölgə“ YB İdarə Heyəti

09.05.2020,  Almaniya"

Oxunuş sayı 1541 dəfə
Şərh vermək üçün giriş edin
Top