Çərşənbə axşamı, 25 Fevral 2020 08:30

Hakimiyyətin Qarabağ mitinqi səmimi deyil - Bəyanat

Avropada yaşayan bir qrup azərbaycanlı siyasi mühacir tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyi Berlində keçirilən Ümumavropa Qarabağ mitinqilə bağlı bəyanat verib. Xeberinfo.de həmin bəyanatı olduğu kimi təqdim edir:

"22 fevral 2020-ci il tarixdə Berlində təşkil olunmuş Ümumavropa Qarabağ mitinqini ilə bağlı Avropada yaşayan bir qrup azərbaycanlı mühacir tərəfindən yaradılmış “Kölgə“ Yardım Birliyinin BƏYANATı

22.02.2020-ci il tarxidə Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Berlində Brandenburq qapıları yaxınlığında "Qarabağ Azərbaycandır!" şuarıyla təçkil edilmiş Ümumavropa Qarabağ mitinqini qınayır və Əliyev hakimiyyətinin Qarabağla bağlı yanlış siyasətinin tərkib hissəsi olduğunu düşünürük.

Rusiyanın hərbi dəstəyilə Ermənistan tərəfindən Xocalıda törədilərn soyqırımın 28-ci ildönümü ərəfəsində Berlində təşkil edilmiş tədbiri hakimiyətin növbəti şousu hesab edirik. Tədbirin vaxtının və məkanıın uyğun seçilmədiyini düşünür, dövlət büdcəsini talamaq məqsədinin olduğunu görürük. Təşkilatçıların iddiasına görə, 30-da yaxın ölkədən azərbaycanlılar qatılıb. Bəyan edirik ki, mitinq iştirakçılarının əksəriyyəti başqa ölkə vətəndaşları olub. Onları Avropanın müxtəlif şəhərlərindən xüsusi avtobuslarla Berlinə daşıyıb, hotellərdə yerləşdirmək, bütün məsrəflərini ödəmək və hər birinə əlavə xərclik vermək Azərbaycan dövlət büdcəsini talamaqdır.

Qarabağda şəhid olanların ailələrinə və Qarabağ döyüşçülərinə Azərbaycan hökumətinin münasibəti bəllidir. Şəhid ailələri qanunla nəzərdə tutulan qanpulunu ala bilmirsə, qazilər acınacaqlı vəziyyətdə sosial çətinliklərlə yaşayırlarsa, Avropada belə bir tədbir düzənləmək hansı məntiqə uyğundur? Azərbaycanda Qarabağla bağlı heç bir tədbirə icazə verilmirsə, hökumətin Ümumavropa Qarabağ mitinqinin səmimiyyətinə necə inana bilərik?

“Kölgə“ Yardım Birliyi bu mitinqi qeyri-səmimi hesab edir, hökumətin Qarabağla bağlı siyasətinin şoudan başqa bir şey olmadığını düşünür. Biz Qarabağa dönüşün yalnız bir halda mümkünlüyünü iddia edirik – Əliyev tayfa hakimiyyəti istefa verməlidir. Qarabağı iqtidarına qurban verən hakimiyyət onun azad eilməsi üçün heç bir addım ata bilməz və arxada qoyduğumuz 28 ildə yalnız bir şeyə şahid olmuşuq – qəsbkar Əliyev tayfa rejimi hər gün bir vasitə ilə Qarabağı Azərbaycandan uzaqlaşdırır.

Rədd olsun Əliyev hakimiyyəti!

Rədd olsun işğalçılar – Ermənistan və Əliyev rejimi!

25.02.2020

“Kölgə“ YB, Almaniya"

Oxunuş sayı 1060 dəfə
Şərh vermək üçün giriş edin
Top