Cümə, 25 Oktyabr 2019 22:57

Daha bir Qarabağ döyüşçüsü ziyarət olunub - FOTO

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi ənənəsinə uyğun olaraq, bu gün daha bir Qarabağ döyüşçüsünü ziyarər edib. Bu barədə Xeberinfo.de -ə Birliyin sədri, ictimai xadim Jalə xanım Cəfərova məlumat verib.

J.Cəfərova bildirib ki, Məmmədov Zakir Talıb oğlu 1990-cı ildən başlayaraq 4 il DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsinin kəşfiyyatçısı kimi intensiv döyüş bölgələrində xidmət edib: “Dəfələrlə Xankəndində və bir çox bölgələrdə əhalinin köçürülməsində fədakarlıq edib. İki dəfə travma aldıqdan sonra Qarabağ veteranı kimi tərxis olunub. Sonra neft sektorunda operator kimi fəaliyyət göstərib. 2017-ci ildə beyninə qansızması nəticəsində iş qabiliyyətini itirib. Hazırda yalnız ailənin köməyi nəticəsində yaşayır. Böyük qızı Anastasiya İdman Akademiyasının 3-cü kurs tələbəsidir. Nuray isə 7-ci sinif şagirdidir“.

Jalə xanım Cəfərova Birlik adından fəxri diplom, Qarabağ həqiqətlərinə həsr olunmuş bir neçə kitab, video kassetlər, üçrəngli bayrağımızı, yağlı boya ilə çəkilmiş payız mənzərəsi tablosu və şəhidlərimizə həsr olunmuş “Əbədi yaşayanlar” kitabını hədiyyə edib.

Görüşdə hərbi jurnalist Əntiqə Qonaq, I qrup Qarabağ əlili, kəşfiyyatçı İlqar Cəfərov da qatılıblar.

Jale xanim2

Jale xanim3

Jale xanim4

Oxunuş sayı 1065 dəfə
Şərh vermək üçün giriş edin
Top