Cümə axşamı, 07 Aprel 2016 22:00

23 ildən sonra ilk dəfə: sakinlər Cocuqmərcanlı qəbiristanlığını ziyarət edir

Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi kəndlərə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyub.

"Report"un  məlumatına görə, Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.

Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Cocuq Mərcanlı1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.

Bununla belə kənd ətraf yüksəkliklərdəki erməni mövqelərinin atış zonası altında olub. Strateji əhəmiyyətli "Lələtəpə" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsindən sonra Cocuqmərcanlı kəndi üçün təhlükə aradan qalxıb.

Oxunuş sayı 1780 dəfə
Şərh vermək üçün giriş edin
Top