Cümə, 01 Mart 2019 14:13

Avropada yaşayan mühacirlər Paşinyanın İran səfərilə bağlı Azərbaycan XİN-ə müraciət etdilər

Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər tərəfindən yaradılmış "Kölgə" Yardım Birliyi Azərbaycan Hökumətinə və XİN-ə müraciət edib. Xeberinfo.de müraciəti olduğu kimi təqdim edir:

""Kölgə" Yardım Birliyi tərəfindən Azərbaycan Hökumətinə və Xarici İşlər Nazirliyinə MÜRACİƏT

XX əsrin ən dəhşətli soyqırım aktlarından birinin – Xocalı Soyqırımının 27 yaşı oldu. Lakin çox təəssüflə qeyd edirik ki, hələ də bu faciəyə siyasi və hüquqi qiymət verilməyib. Azərbaycan hakimiyyətinin yanlış xarici siyasəti nəticəsində ölkəmiz bütün beynəlxalq dəstəklərini itirir, Ermənistan isə haqsız mövqeyini möhkəmləndirməkdə davam edir. Hər il olduğu kimi bu il də Xocalı Soyqırımının dünyaya tanıdılması məqsədilə Azərbaycan Diaspor Təşkilatının Avropa ölkələrində təşkil etdiyi mərasimlər çox uğursuz oldu və hökumətin Qarabağ məsələsində biganəliyini, düşmən qarşısında təslimçi siyasət aparmasını ortaya qoydu.

26.02.2019-cu il tarixdə bizi məyus edən, təhdid olaraq və ən yaxşı halda ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul etdiyimiz bir hadisə cənub qonşumuz, çətin anımızda arxalanacağımızı düşündüyümüz İranda baş verdi. Soyqırıma məruz qalan, qız-gəlini əsirlikdə olan xalq olaraq, Xocalı Soyqırımının ildönümünü qeyd etdiyimiz gün, İran işğalçı ölkənin baş nazirinə təntənəli qarşılanma törəni hazırladı. Bu səfəri bir gün gec, ya tez etmək mümkün olduğu halda, məhz Xocalının yerləyeksan edildi günə salınması İran tərəfindən siyasi möve kimi qiymətləndirilməlidir.

İşğalçı ölkənin baş nazirinin, soyqırım günü ən ali səviyyədə qəbul olunması, o demək deyilmi İran Azərbaycanın ərazibütövlüyünü tanımır?! Belə bir sual məhz həmin səfərdə baş verən bir hadisəyə görə yaranıb. Səfər çərçivəsində Nikol Paşinyanın ermənilərlə (bəzi iddialara görə, qondarma DQR-nın bayrağı altında) görüşdüyü zalda erməni dilində “Qarabağ Ermənistandır“ şuarının asılması Azərbaycana qarşı təhdiddir və ərazibütövlüyünü şübhə altına almaqdır.

Biz, "Kölgə" Yardım Birliyi tələb edirik:

1. Azərbaycan hökuməti Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı danışıqları ictimaiyyətə açıqlasın;

2. Azərbaycan hökuməti dərhal bu hadisəyə mövqeyini bildirsin;

3. Azərbaycan Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Bakıdakı səfirliyindən izahat tələb etsin.

Mart 2019 Almaniya

1. Cavid Cabbarlı

2. Rafiq Təmrazov

3. Ziya Cəbiyev

4. Elçin Əskərov

5. Vüqar Zeynalov

6. Əsmər İsmayılova

7. Aqil Hüseynov

8. ... ...

9. Röya Rəfiyeva

10. Rüstəm Quliyev

11. Babək Allahverdiyev

12. Natiq Həziquliyev

13. Emil Quliyev

14. Amil Heydərov

15. Fuad Əkbərov

16. Orxan Ağayev

17. Ələmdar Bünyatov

18. Mənzərə Xəlilova

19. Rüstəm Quliyev

20. Rauf Babayev

21. Samir Mustafazadə

22. Mübariz Kərim

23. Malik Rzayev

Qeyd edək ki, istənilən mühacir qoşula bilər".

Oxunuş sayı 1019 dəfə
Şərh vermək üçün giriş edin
Top