Çərşənbə axşamı, 26 Fevral 2019 22:30

Berlində Xocalı Soyqırımının 27-ci il dönümü keçirildi - VİDEO

Bu gün (26.02.2019) Almaniyada yaşayan bir qrup siyasi mühacirin təşkilatçılığı ilə Berlində Rusiya səfirliyi qarşısında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar aksiya keçirilib. Xeberinfo.de aksiyanın qətnaməsini təqdim edir:
"Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər tərəfindən Berlində Rusiya səfirliyi qarşısında “Xocalıya ədalət“ şüarı ilə təşkil olunmuş aksiyanın QƏTNAMƏSİ Bu gün Azərbaycanın tarixi ərazisi olan Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində rus və erməni qoşunlarının birgə törətdikləri soyqırımın 27-ci ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarları – rusların köməyilə Xocalı şəhərinə qəfil silahlı basqın etmiş və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətmişlər. Həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı şəhəri yerlə yeksan edilmiş, əhalinin 150 nəfəri itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilmişdir. Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir. Bir şəhər bütün əhalisilə ən ağır işgəncə və
qəddarlıqla yox edilib. Lakin, bəşəri cinayətkarlar hələ də layiqli cəzalarını almayıblar. Belə bir faciə Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən törədilib. Rusiya son 250 ildə Azərbaycana dəfələrlə silahlı hücumlar etmiş, torpaqlarımızı
mənimsəmişdir. Azərbaycanın ərazisini işğal, vətəndaşını şəhid edən Rusiya necə olur ki, Qarabağ probleminin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir? ATƏT 25 il bu missiyanın öhdəsindən niyə gələ bilmir? Çünki, həmsədr ölkələr – Rusiya, Fransa və Amerika Qarabağı Azərbaycandan qoparmaq istəyirlər. Biz Rusiya başda olmaqla, həmsədr ölkələrdən tələb edirik ki, ya Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyünü qorumaq şərtilə həll etsinlər, ya da rədd olsunlar. Rəsmi Moskva işğalçı Ermənistanı müdafiə etməkdən çəkinməlidir. Rusiya işğalçını müdafiə etməklə Qafqazda aktiv münqişə ocağı saxlayır. Bu vasitə ilə rejionda maraqlarını təmin etməyə çalışır. Amma belə ədalətsiz siyasətin ömrü uzun ola bilməz. Putin hakimiyyəti təkcə işğalçını müdafiə etmir, həm də Azərbaycanda qeyri-milli rejimin hakimiyyətdə qalmasına ciddi dəstək verir, Azərbaycana bir vilayəti kimi baxır. Faktiki olaraq, Əliyev hakimiyyəti Putinin iradəsindən kənar heç bir xarici siyasət ortaya qoya bilmir. Biz Putinə və Rusiya hakimiyyətinə səslənirik, əlinizi Azərbaycandan çəkin. Gec ya tez, torpaqlarımızı erməni işğalından, dövlətimizi isə rus əsarətindən qurtaracağıq. Xocalıya və Azərbaycan dövlətinə azadlıq tələb edirik! Rədd olsun erməni işğalı, rus əsarəti!"

Almanca:
"RESOLUTION
der in Europa lebenden Exilaserbaidschaner anlässlich der Kundgebung unter dem Motto „Gerechtigkeit für Chodschali“ vor der russischen Botschaft in Berlin
Heute ist der siebenundzwanzigste Jahrestag des von den russischen und armenischen Streitkräften gemeinsam verübten Genozids in der Stadt Chodschali, die sich im aserbaidschanischen Staatsgebiet Karabach befindet. In der Nacht vom 25. zum 26. Februar 1992 überfielen die bewaffneten armenischen Okkupanten mit Unterstützung ihrer Schirmherren – Russen die Stadt und verübten an der zivilen und unbewaffneten Bevölkerung der Stadt ungeheuerlichen Massenmord. In dieser Nacht wurden 613 Menschen, darunter Kinder, Alte, schwangere Frauen mit besonderer Grausamkeit ermordet. Die Stadt Chodschali wurde dem Erdboden gleichgemacht. 150 Menschen sind spurlos verschwunden, 1275 Menschen wurden gefangen genommen und bestialisch gefoltert, selbst die Leichen der auf grausamste Art ermordeten Menschen wurden geschändet.
Das Genozid von Chodschali ist die schrecklichste Tragödie (der zweiten Hälfte) des 20. Jahrhunderts. Eine ganze Stadt wurde samt ihrer Bevölkerung auf grausamste Art ausgelöscht. Aber die Schuldigen dieses gegen die ganze Menschheit gerichteten Verbrechens wurden bis heute noch nicht zur Verantwortung gezogen. Diese Tragödie wurde durch das russische motorisierte Schützenbataillon Nr. 366 verübt.
Russland hat in den letzten 250 Jahren immer wieder unser Land überfallen und unsere Territorien erobert und einverleibt.
Wie kann es dann sein, dass Russland, das die aserbaidschanische Territorien erobert und seine Bevölkerung umgebracht hat, zum Co-Vorsitzenden der Minsker Gruppe der OSZE wird, die die Probleme um Karabach lösen soll? Warum hat die OSZE diese Mission auch nach 25 Jahren nicht erfüllt? Weil die Co-Vorsitzenden Russland, Frankreich und die USA Karabach von Aserbaidschan abspalten wollen. Wir verlangen von Russland und anderen Co-Vorsitzenden, dass sie entweder das Problem um Karabach unter Einhaltung der territorialen Integrität Aserbaidschans lösen oder einfach verschwinden.
Das offizielle Moskau soll von der weiteren Unterstützung des Aggressors Armenien Abstand nehmen. Durch die Unterstützung des Okkupanten unterhält Russland einen Konfliktherd im Kaukasus. Dadurch versucht es, seine Interessen in dieser Region durchzusetzen. Aber eine solche aggressive Politik kann nicht lange dauert.
Die Regierung Putins unterstützt nicht nur den Okkupanten, sondern auch tatkräftig das antinationale Regime in Aserbaidschan, sie betrachtet Aserbaidschan als ihre Provinz. Faktisch darf die Regierung Aliyevs ohne die Einwilligung von Putin keine eigenen außenpolitischen Entscheidungen treffen. Wir rufen Putin und die Regierung Russlands auf, Hände weg von Aserbaidschan! Früher oder später werden wir unser Land von der armenischen Okkupation und unsere Regierung von der russischen Unterjochung befreien.
Wir fordern Freiheit für Chodschali und für Aserbaidschan! Nieder mit der armenischen Okkupation, nieder mit der russischen Unterjochung!"

xocali1xocali2xocali353595312 398939104206226 316040130479521792 nxocali4xocali5xocali6xocali8xocali9

Oxunuş sayı 957 dəfə
Şərh vermək üçün giriş edin
Top