Bazar ertəsi, 25 Fevral 2019 15:24

Şəhidlər ölməzdilər… ölməzi ağlamazlar!

Bu gün 1997-ci ildə həlak olan xüsusi təyinatlı hərbi dəstənin üzvü şəhid Mustafayev Dinar İbrahim oğlunun doğum günü məzarı üstündə - II Fəxri Xiyabanda qeyd olunub. Mərasimdə bir çox QHT rəhbərləri, Dinarın döyüşçü yoldaşları, ictimai fəallar, Sumqayıt şəhəri 28 saylı orta məktəb şagirdləri, Aprel Döyüşlərində şəhid olan Mirzəyev Mahir Sabir oğlunun atası, həmçinin kəşfiyyatçıların komandiri polkovnik Xətai Baxışov iştirak edib.

Mərasimi idarə edən Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə xanım Cəfərova Dinar Mustafayevin döyüş yolu haqda məlumat verib: “Dinar yüksək mənəvi-əxlaqi dəyərlər ruhunda böyüyən döyüşçü idi. O, heç vaxt düşmənin qabağında əsir olmağı özünə sığışdıra bilməzdi. Dinarı və silahdaşlarını bu ruhda tərbiyə edən komandirləri polkovnik Xətai Baxışovun da əməyi danılmazdır“.

Mərasimdə çıxış edənlər Xocalı soyqırımı haqqında da danışıblar.

Sonda şair Yusif Nəğməkar “Papaqçıya” şerini səsləndirib.

İstəyir yüz il də, min il də yaşa

Papaqsız hər nizam çaş düşməlidir,

Xocalı dərdini dərk etməz başa,

Papaq əvəzinə daş düşməlidir.  

Xeberinfo.de

dinardinar1dinar2dinar3

Oxunuş sayı 920 dəfə
Şərh vermək üçün giriş edin
Top