Bazar, 27 Yanvar 2019 23:10

Milli Mədəniyyətin Təbliği İB şəhidi andı

Bu gün (27.01.2019) şəhid Aqşin Əli oğlu Həsənovun doğum günü qeyd olunub. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə II Fəxri Xiyabanda şəhidin məzarı ziyadət olunub.

Bu barədə Birliyin sədri, ictimai xadim Jalə xanım Cəfərova Xeberinfo.de-ə məlumat verib: “1997-ci ildə səkkiz kəşfiyyatçımızın hərbi tapşırığı yerinə yetirib, geri qayıdarkən ermənilər tərəfindən mühasirəyə düşürlər. Üç gün müqavimət göstərsələr də, sonra əsir düşməmək üçün özlərini partladırlar. Təkcə çavuş Aqil Əhmədov huşsuz alda meşədə qalır və əsir düşür. Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Vüqar Yarəhmədov, Fariz Cavadov, Nizami Ələkbərov, Elxan Ağayev həlak olurlar. Artıq iki ildir ki, biz şəhid Aqşin Həsənovun məzarını ziyarət edərək, həmin şəhidləri anırıq“.

Mərasim Dövlət Himni ilə açılıb və şəhidlər haqqında çıxışlar olub. Jalə xanım bildirib ki, bu gün Aqşinin 42 yaşı tamam olur: “Aqşin və onunla birlikdə şəhid olanlar yalnız cismən aramızda yoxdular. Onlar həlak olan günü əbədi yaşamağa imza atdılar. Əməllərilə sübut etdilər ki, həqiqətən Vətən Anadır..."

Mərasimə şəhidlərimizin komandiri polkovnik Xətai Baxşıyev, ictimai xadim Rövşən Əhmədli, qazi Hüseyn Həsənov, şəhid Aqşın Həsənovun anası Xanım müəllimə, KİV nümayəndələri və digərləri qatılıblar.

Jalə xanım Cəfərova2Jalə xanım Cəfərova3Jalə xanım Cəfərova1Jalə xanım Cəfərova4Jalə xanım Cəfərova5Jalə xanım Cəfərova6Jalə xanım Cəfərova7Jalə xanım Cəfərova8Jalə xanım Cəfərova10

Oxunuş sayı 884 dəfə
Şərh vermək üçün giriş edin
Top