Çərşənbə, 23 Yanvar 2019 02:13

Şəhidlər haqqında yeni kitab çapa hazırlanır – Jalə Cəfərova

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə daha bir kitab işıq üzü görəcək. Bu barədə ictimai xadim, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova Xeberinfo.de-ə məlumat verib: “Artıq neçə müddətdir ki, bir çox saytların zəhməti sayəsində 1997-ci ildə hərbi kəşfiyyatçılarımızın taleyilə bağlı hazırlamaq istədiyim xatirə kitabı haqqqında ardıcıl məlumat verilir. Bu, həm qürurvericidir, həm də çox əzablı. Qürurvericidir, ona görə ki, içimdə cüzi rahatlıq tapıram ki, şəhidlərimizi unutmamaq üçün biz də əlimizdən gələni edirik. Ancaq igidlərimizin artıq ixtiyar çağında olan valideynlərin kədərdolu çöhrələrinə, dilləndirdikləri xatirələrə həyacansız baxıb-dinləmək olmur. Bir neçə ay ərzində 1997-ci il aprel ayının 7-də xüsusi hərbi tapşırığı müvəfəqiyyətlə yerınə yetirib, geri dönərkən bədnam ermənilər tərəfindən mühasirəyə düşən, üç gün ac-susuz döyüşən və sonunda yeddisinin də özlərini partladaraq həlak olmaları haqda bir bəddi-sənədli kitab. Kəşfiyyatçıların yeddisinin də ailəsində olduq. Səkkiz oğuldan biri mühasirə zamanı sinəsindən və qarın nahiyəsindən ağır yaralandığı üçün dəstədən geri qalır. Dostları nə qədər etsələr də yaralı çavuş Aqil Mürsəl oğlu Əhmədovu meşədə qoymalı olurlar. Aqil neçə gün, neçə saat keçdiyini bu gün də xatırlamır. "Gözlərimi açıb harda olduğumu anlamadım. Bir neçə dəfə gözlərimi yumdum, yuxudur fikirləşdim. Elə ki qolumdan dümsükləyib üzümü şillələdilər və erməni hərbi geyimlilərini gördüm artıq vəziyyətin nə yerdə olduğunu anladım..." Aqil Əhmədob düz bir il on bir ay erməni əsirliyində qalıb. Ona əvvəlcə ölüm hökmü oxunub, sonra əmlakı müsadirə edilməklə(?) ömürlük həbs...

"Hər dəfə qapı açılıb-örtüləndə deyirdim, "hə, gəldilər" ancaq bu, baş vermirdi. Sonra anladım ki, Qırmızı Xaç vasitəsilə məni dəyişdirdilər. Günlərlə ac qalırdım. Döyüş yoldaşlarımın qəhrəmancasına həlakı məni sarsıtsa da, bu gün də hər biriylə qürur duyuram. Bir bilsəniz, necə igid oğullar idilər. Dinar Mustafayev, Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Nizami Ələkbərov, Aqşin Həsənov, Fariz Cavadov. Bu igidlər həyatımın silinməz parçası olublar. Bir də çox təəssüf etdiyim məqam da var. Kaş mən də karvanımdan geri qalmayan sarvan olaydım".

Qeyd edək ki, 42 yaşlı ailə qura bilməyən Aqil Əhmədovun ciddi müalicəyə ehtiyacı var.

Xeberinfo.de

jale Ceferovajale Ceferova1jale Ceferova3jale Ceferova5

Oxunuş sayı 948 dəfə
Şərh vermək üçün giriş edin
Top