Çərşənbə, 16 Yanvar 2019 19:08

"Bir dəfə doğulub, əbədi yaşayanlar" - Bədii-sənədli gecə

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi 20 Yanvar hadisələrinə həsr olunmuş "Bir dəfə doğulub əbədi yaşayanlar" adlı bədii-sənədli gecə təşkil ediblər. Bu barədə Birliyin rəhbəri, ictimai xadim Jalə Cəfərova Xeberinfo.de-ə məlumat verib.

Tədbir Nərimanov rayonunda yerləşən 39 aylı şəhid Rafiq Nəsrəddinov adına orta məktəbdə keçirilib. Gecədə ictimai-siyasi xadimlər, qələm adamları, hərbi qulluqçular iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə xanım Şükürova qonaqları salamlayıb, 20 Yanvar hadisələri haqda məlumat verib. Sonra Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova qonaqları bir-bir çıxış üçün dəvət edib. Çıxış edənlər xatirələrini söyləməklə yanaşı, gənc nəslə tövsiyyələr veriblər.

Şagirdlər arasında kiçik viktorina keçirilib, qaliblərə Qarabağa aid kitabçalar, bukletlər verilib. Hərbi-vətənpərvər mahnılar ifa edilib. Şəhid ailələrinə müxtəlif hədiyyələr verilib.

Sonra qonaqlar çay süfrəsi ətrafında o illərə aid xatirələrini bölüşüblər.

Qeyd edək ki, tədbirdə yazıçı Firuz Mustafa, general İsgəndər Allahverdiyev, polkovnik Xətayi Baxışov, Milli Qəhrəman Quliyev Vahid, 20 Yanvar sədrlər birliyinin sədr müavini Əliyev Mustafa, polkovnik Hikmət Ağayev, Qarabağ qazisi Həsənov Hüseyn, şəhid Dinar Mustafayevin anası Firəngiz xanım, bacısı Şəfəq xanım, qardaşı Anar Mustafayev, polkovnik Adil Haqverdiyev, əməkdar jurnalist Əntiqə Qonaq, ictimai fəal, həkim İlqar İsmayıloğlu, polkovnik Qurbanov Əjdər, əməkdar müəllimə Məlahət xanım Mürşüdlü ictimai fəal Dilarə Hüseynli, Hacıyev Nəbi, Qarabağ döyüşlərinin iştirakçısı Rövşən Əhmədli və digərləri iştirak ediblər.

jale1jale2jale3jale4jale5jale6jale7jale8

Oxunuş sayı 794 dəfə
Şərh vermək üçün giriş edin
Top