Şənbə, 22 Dekabr 2018 00:19

"... elə balam ölübmüş, xəbərim yox" - Şəhid ailələrini ziyarət davam edir

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin şəhid ailələrinə ziyarəti davam edir. Bu barədə Xeberinfo.de-ə Birliyin sədri, ictimai xadim Jalə xanım Cəfərova məlumat verib: “ Növbəti ziyarət Cəbrayıl Qaçqın Şəhərciyində məskunlaşan Cavadov Fariz Şamıl oğlunun ailəsi oldu. İllərin həsrətini çiynində daşıyan Ziba anayla söhbət etmək, çox, həm də çox çətin idi. "Qızım qadan alım heç ağlamırdım balamın dalısıyca. Üç il əsgər olub balam. Amma özlərini öldürəndən sonra xəbərim olmasa da bir gün üzümü o dağlarımıza tərəf tutub bayatı deyib ağladım. Sən demə, elə balam ölübmüş, xəbərim yox". Bu gün həmçinin 1995-98 ci illərdə igid oğullarımızla bərabər, eyni hərbi hissədə xidmət edən on iki döyüşçüylə görüşümüz oldu. Onlar kövrək xatirələrini bölüşüb həm də 22 il keçməsinə baxmayaraq, bu səkkiz igidin nədən layiq olduğu adların verilməməsinə acı təəssüf hisslərini bildirdilər. Qeyd etdilər ki, ən azından bunu gələcək nəsillər bilib, bizə bağışlamayacaq. Bu igidlərin hər biri, bir orduya bərabər oğul olub“.

Jale xanim

Oxunuş sayı 756 dəfə
Şərh vermək üçün giriş edin
Top