Şənbə, 15 Dekabr 2018 18:33

Şəhid ailələrinin ziyarəti davam edir - FOTO

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi şəhid ailələrilə görüşü davam etdirir. Bu barədə Birliyin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə xanım Cəfərova Xeberinfo.de-ə məlumat verib.

J.Cəfərova Ağdam rayonunun Quzanlı kəndində şəhid Nizami Ələkbərovun ailəsində olub, 80 yaşlı anasını ziyarət edib: “Bu dəfə də növbəti şəhid ailəsində olduq. Ağdamın Quzanlı kəndində şəhid Nizami Ələkbərov ailəsində olmaq 80 yaşlı anasını ziyarət etmək həm qürurverici idi, həm də kədərli. Quzanlı kənd orta məktəbinin drektoru Cəmil Quliyev şəhid Nizami Ələkbərov və onun ailəsi haqqında çox geniş melumat verdi“.

“80 yaşlı, gözləri çətinliklə seçən, qulağı çox ağır eşidən Turan ananı – şəhidimizin anasını dinləmək ürək istəyir adamdan. Çox ağırdır“ – Jalə xanım bildirib.

Turan ana

Turan ana1Turan ana2Turan ana4Turan ana6Turan ana5

Oxunuş sayı 833 dəfə
Şərh vermək üçün giriş edin
Top