Çərşənbə, 12 Dekabr 2018 23:21

“Qarabağsız Azərbaycan istəmirik" – Jalə Cəfərova

“Qarabağ mövzusu həmişə təşkilatımızın üçün prioritet olub. Dəfələrlə məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlər təşkil etmişik. Şagirdlərə şəhidlərimizi örnək olaraq təbliğ etmişik. Onların layiqli övlad olmaları üçün əlimzidən gələni edirik“. Bu sözlər Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovaya məxsusdur.

J.Cəfərova yeni layihə haqqında Xeberinfo.de-ə məlumat verib: “Yeni layihə çərçivəsində şəhid ailələri və qazilərlə görüşlər keçiririk. Qarabağla bağlı bu zamana qədər bir çox uğurlu layihəmiz olub. "Vətən mənə oğul desə, nə dərdim", "Xocalı... sən qan yaddaşımız" və sair layihələrimiz. Keçən il, 1997-ci ildə 8 hərbi kəşfiyyatımızın döyüş əmrini yerinə yetirərkən, düşmən əlinə keçməmək üçün özlərini partlatdıqları hadisə ilə bağlı sənədli-bədii kompazisiya hazırladıq. Bu dəfə isə igidlərimizin qəhrəmanlığını əks etdirən bir xatirə kitabı və qısametraylı bir film çəkmək fikrindəyik“.

J.Cəfərova həm də Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının TK-nin üzvüdür: “Bu günə qədər Qarabağın işğaldan azad olunması naminə onlarla təşkilat yaranıb. Hər kəsin işinə, hətta ən cüzi işinə sevinib, dəstək veririk. DAGAH-ın da məqsədi bütün dünya azərbaycanlılarını atacağımız addımlarda bizə mənəvi dəstək olmalarına çağırmaqdır“

J.Cəfərov Bərdə rayonun Piyadalar kəndində şəhid Həsənov Aqşın Əli oğlunun ailəsində olduğunu və şəhidin doğmalarıyla görüşdüklərini də, deyib.

ziyaret 1ziyaret3ziyaret2ziyaret4

Oxunuş sayı 798 dəfə
Şərh vermək üçün giriş edin
Top