Bazar, 09 Dekabr 2018 18:40

DAQAH daha bir şəhid ailəsini ziyarət edib - FOTO

Dünya Azərbaycanlılarının Qarabağ Azadlıq Hərəkatının nümyəndələri daha bir şəhid ailəsini ziyarət ediblər. Bu barədə DAQAH Təşkilat Komitəsinin üzvü, ictimai xadim Jalə Cəfərova Xeberinfo.de-ə məlumat veib.

J.Cəfərovanın sözlərinə görə, şəhid Rzayev Anarın ailəsinə baş çəkiblər: “Bu gün növbəti şəhid ailəsində, çavuş Rzayev Anar Üzeyir oğlunun ailəsində olduq. Anası Ziyafət xanım, əzizləri Anarın cəbhəyə qədərki və bu gün Anarsız keçən günlərdən, xatirələri dilləndirdilər. İpək kimi ağsaçlı Ziyafət ananı, şəhidin bacısı Aygün xanımı və özündən 13 yaş kçik Elnur qardaşını dinləmək çox üzücü oldu. Anarın əsgərlik vaxtı ayrıca dəftərçədə yazdığı şerləri sevə-sevə saxlayan ana məmnuniyyətlə oxuyub, Anar haqqında geniş məlumatı öz dilindən eşitmək üçün mənə təqdim etdi. Çay süfrəsi ətrafında geniş, səmimi səmimi söhbət etdik və DAGAH haqqında geniş məlumat verdik. DAGAH TK-nin rəhbəri Rövşən Əhmədlinin salam və sayğılarını çatdırdiq“.

J.Cəfərova şəhid ailələriylə görüşlərin davam edəcəyini bildirib.

Sehid ailesi4Sehid ailesi5Sehid ailesi6

Sehid ailesi3

Sehid ailesi 1

Oxunuş sayı 837 dəfə
Şərh vermək üçün giriş edin
Top