Cümə, 07 Dekabr 2018 16:08

DAQAH yeni layihəyə başladı - FOTO

Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı (DAQAH) şəhidlərimizin əziz xatırəsinə sayğı əlaməti olaraq "Vətən mənə oğul desə nə dərdim" layihəsinə start verib. Bu barədə DAQAH Təşkilat Komitəsinin üzvü tanınmış ictimai xadim Jalə Cəfərova Xeberinfo.de-ə məlumat verib.

J.Cəfərovanın sözlərinə görə, layihə 1997-ci il aprelin 7-dən 10-a qədər səkkiz xüsusi təyinatlı hərbi kəşfiyyatçılarımıza və onların əzizlərinə həsr olunur: “Hər həftə bir şəhid ailəsində qonaq olacağıq. Bütün gğrüşlərimiz lentə alınacaq. Sonra bu görüşləri kitab, ya film formasında təqdim etməyi düşnürük. 2019-cu ilin aprel ayının 10-da geniş formatda növbəti anım mərasimi təşkil edəcəyik“.

J.Cəfərova ilk görüş haqqında da danışıb: “İlk qonaq olduğumuz ailə əslən Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Krasnaselski rayonu Gölkənd sakini Dinar İbrahim oğlu Mustafayev oldu“.

(Fotolar DAGAH-ın üzvü Rahim Qədimova məxsusdu)

47575352 1128893787288604 840632551319011328 n47574353 124323761837287 7914301030492274688 n47579126 553952805018328 1696624622948057088 n47681528 571366873307941 7056050420245856256 n

Oxunuş sayı 759 dəfə
Şərh vermək üçün giriş edin
Top