Cümə axşamı, 01 Noyabr 2018 21:23

İkinci Qarabağ mitinqinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti ''Qarabağ Komitəsi''nə yox dedi

Bakı Şəhər İcra Hakimiyyəti "Qarabağ Komitəsi”nin noyabrın 24-də keçirilməsi nəzərdə tutulan Qarabağla bağlı mitinqinə icazə verməyib.
 İcra hakimiyyəti cavab məktubunda qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı prezident İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır:
 "Eyni zamanda, Qarabağla bağlı danışıqlar şəffaf aparılır, KİV vasitəlilə keçirilən bütün tədbirlər təfsilatı ilə işıqlandırılır”.
 Komitənin üzvü Pənah Hüseyn Meydan TV-yə deyib ki, icra hakimiyyətinin cavab məktubu onlar üçün anlaşılmazdır:
 "Çünki icra hakimiyyətinin mitinqə 23 gün qalmış cavab verməsi aydın deyil. Hələ cavabı müzakirə edirik, qərar barədə əlavə məlumat verəcəyik”.
 Qarabağla bağlı ilk mitinq sentyabrın 29-da baş tutmuşdu.
 Mitinqdən sonra hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar, o cümlədən Siyavuş Novruzov aksiyanı kəskin tənqid edərək, bildirib ki, təşkilatçılar 1 milyondan artıq məcburi köçkünü terrora məruz qoyub, "niyə mitində gəlmirsiniz” deyirlər. 

Oxunuş sayı 718 dəfə
Şərh vermək üçün giriş edin
Top