Bazar ertəsi, 04 Aprel 2016 22:00

Şəhidimiz Biləsuvarda dəfn olundu - FOTO

3 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun 20 yaşlı əsgəri Novruzov Fərahim Nadir oğlu bu gün böyüyüb boya- başa çatdığı Biləsuvar rayonunun Səmədabad kəndində torpağa tapşırılıb.
 
Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin zabitləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.
 
Şəhidlə vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Fərahim Novruzovun xatirəsinin biləsuvarlıların qəlbində həmişə yaşayacağını bildirdi. 
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırıldı.
 
Dəfn mərasimində Şəhidin atası Nadir Novruzov oğul itkisinin ağır olmasına baxmayaraq Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olundu.///savaş.org
Şəhid əsgərimiz Biləsuvarda dəfn olundu - FOTO
Şəhid əsgərimiz Biləsuvarda dəfn olundu - FOTO

 

 
Oxunuş sayı 1423 dəfə
Şərh vermək üçün giriş edin
Top