Çərşənbə axşamı, 16 Oktyabr 2018 19:07

DAQAH-ın təşkilatçılığı ilə anım tədbiri keçirildi - FOTO

Bu gün 1997-ci il aprel ayının 7-də kəşfiyyat tapşırığını yerinə yetirərkən ermənilərə əsir düşməmək üçün özlərini partladan səkkiz hərbi qulluqçunun (onlardan biri Aqil Əhmədov möcüzəli şəkildə sağ qalıb. Bir il on bir ay erməni əsirliyindən sonra hal-hazırda bizimlədi) II Fəxri Xiyabanda torpağa əmanət edilən gündür.

Bu münasibətlə Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatı (DAQAH) anım tədbiri keçirib. Bu barədə Xeber.İnfo-a DAQAH-dan məlumat verilib.

Anım tədbirini Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri, DAQAH-nın Təşkilat Komitəsinin üzvü Jalə Cəfərova açaraq mərasimə toplaşan şəhid ailələrini, ziyalıları, ictimai-siyası fəalları salamlayıb: “Mərasimə toplaşan şəhid analarına demək istəyirəm ki, 1997-ci ildə kəşfiyyata gedən cəsur balalarımız leytenant Ağayev Elxan, leytenant Yarəhmədov Vüqar, çavuş Rzayev Anar, çavuş Həsənov Aqşin, çavuş Ələkbərov Nizami, çavuş Cavadov Fariz, çavuş Əhmədov Aqil tarıx yazdılar. Biz onları unutmadıq və unutmayacağıq. Şəhid analarımızın qarşısında baş əyirəm və demək istəyirəm ki, zalimin zülmü qiyamətə qalmayacaq".

Sonra xüsusi teyinatlı hərbi hissənin komandiri polkovnik Xətayi Baxışov, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, şəhid Həsənov Aqşinin anası Xanım Həsənova, DAQAH-in Təşkilat Komitəsinin üzvü psixoloq, dossent Lümunət xanım Əmrahlı, şəhid Vüqar Yarəhmədovun oğlu Vüqar (Vüqar atası şəhid olandan sonra doğulub) çıxış ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə yekunlaşıb.

Tədbir iştirakçıları sonra, dünən dünyasını dəyişən Qarabağ qazisi Etimad Əsədovun dəfn mərasiminə qatılıblar.

43828483 2035642836491937 3664776571543093248 n

44232889 2035642719825282 6231331001931399168 n 1

44185949 2035642833158604 4356205051375517696 n

44324958 2035642849825269 9221922034420809728 n

44300757 2035642909825263 4289238797469614080 n

44306997 2035643889825165 987207587424370688 n

44121610 2035643039825250 8074893070325252096 n

44124490 2035643353158552 7251414953393913856 n

44126959 2035643449825209 5490372804622680064 n44115342 2035643126491908 4646601293635256320 n

44117046 2035643986491822 2640282865488625664 n44162563 2035643683158519 3584663113506488320 n

44173733 2035643259825228 2580713077842378752 n44197868 2035643899825164 6405072337544151040 n

Oxunuş sayı 709 dəfə
Şərh vermək üçün giriş edin
Top