Cümə axşamı, 23 Avqust 2018 22:04

“Əgər şəhid olsam, mənimlə fəxr edin” – Şəhidin son məktubundan misralar

Bura Beyləqan məzarlığıdır...

Şəhidlərimiz də burda uyuyur! . İllərdi tanıdığımız tanımadığımız şəhid valideynlərə quru təsəllidən başqa nə edə bilirik ki?! Bu dəfə təsəlli üçün movzoley kimi bəzənmiş türbədə rəsmləri qarşısında diz çöküb fəryad edən 24 yaşlı şəhid Turalın anası Nəzakət xanımı yeri, göyü yandıran naləsini sakitləşdirmək üçün bütün cəhdlərimin boşa çıxdığını anlayıb sakitcə susdum. Düzü ilk dəfə idi belə şəhid türbəsinə rast gəlmişdim. Tamam əldən düşənə qədər balasına lay-lay çaldı, qəmli ana. Əvvəlcə dayısı Zabil həkim sonra da ana yana-yana Turalın yaşından xeyli uzun olan ləyaqətli ömür dastanını hıçqırıqlarla anlatdı. Tural Yaşar oğlu Əhlimanlı Tovuzda hərbi xidmətdə olub. Maşınla hərbi tapşırıqdan geri dönərkən erməni gülləsinə tuş gəlib. Evin yeganə oğul övladının xidmət müddətinin başa çatmasına cəmi iki ay qalırmış. Ali məktəbi fərqlənmə diplomuyla bitirən, dəfələrlə idman yarışlarında mükafatlar qazanan, bir neçə dil bilən Turalın vaxtsız getməsi hər zaman bizi göynədəcək. Digər şəhidlərimiz kimi onun da xatirəsi əbədi zirvədə qalacaq. Mən yalniz evdən sonuncu dəfə ayrılarkən kompüterində valideynlərinə yazdığı məktubdan sətirləri paylaşacam;

“Əziz ata və anam. Mən sabah cəbhə bölgəsinə yollanıram. Ola bilər mən şəhid olum. Əgər şəhid olsam, mənimlə fəxr edin, Ruhum hər zaman sizinlə olacaq. Şəhidlik ən uca zirvədir Salamat qayıtsam dua edərsiz" 06.01.2014”

P.S. Dedilər ki, Nəzakət ana üç ildi məzarlıqda gecə-gündüz oğluyla baş-başa dərdləşir.

Jalə Cəfərova

MMT İctimai Birliyinin sədri

39936554 727379877600292 2644138414680571904 n

40014934 289074078349508 1096948752071000064 n

39992229 1793897404039420 333948125469212672 n

39975707 2184236331856145 7958086066001412096 n

Oxunuş sayı 1041 dəfə
Şərh vermək üçün giriş edin
Top