Bazar, 03 Aprel 2016 09:17

İran Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb

İran Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyətdən narahatdır və Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.
 "Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Cabiri Ənsarinin bəyanatında deyilir.
 "İki şimal qonşumuzu təmkinli olmağa, vəziyyəti gərginləşdirməkdən imtina etməyə çağırırıq. Regionda radikal qrupların yaratdığı dağıntıların şahidi kimi, Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasındakı toqquşmalardan bərk narahatlıq keçiririk", - deyə mətbuat katibinin bəyanatında bildirilir.
 Aprelin 2-nə keçən gecə təmas xəttində vəziyyət yenidən kəskinləşib. Rəsmi məlumatlara görə, döyüşlər zamanı Azərbaycan tərəfi 12 şəhid veribsə, Ermənistanın 18 hərbçisi ölüb.
 
 
Oxunuş sayı 1304 dəfə
Şərh vermək üçün giriş edin
Top