Bazar, 25 Fevral 2018 21:00

Xocalı Təbrizdə anıldı - FOTO

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi 26.02.2018-ci il tarixdə Təbrizdə ustad şair Məhəmmədhüseyn28511407 1743963378993219 1050523633 n Şəhriyyarın ev muzeyində görüş keçirib. Bu barədə Birliyin sədri Jalə Cəfərova Xeber.İnfo-a məlumat verib.

28510874 1743957432327147 1797964676 n  J.Cəfərova ustad şairin ev muzeyində Xocalı Soyqırımının anım mərasiminin təşkil   olunduğunu bildirib: “Təbrizdə Xocali Soyqırımını andıq. Tədbirdə dahi Şəhriyarın   oğlu Hadi bəy, tələbələr və ictimai xadimlər iştirak edirdilər. Erməni-rus hərbi     birləşmələrinin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən kitablar, bukletlər və     videoçarxlar hədiyyə edildi. Xocalıdakı vəhşiliklər XX əsrin ən qanlı faciələrindən   biridir. Bir gecədə bir şəhər tam olaraq məhv edilib. Əhalisinin böyük əksəriyyəti   şəhid olub, itkin düşüb və hələ də ermənilər tərəfdə əsirlikdə olanlar var”.28458898 1743963338993223 1692242954 n

 Birliyin sədri J.Cəfərova Xocalı Soyqırımına hüququ qiymətin verilməməsindən narahatlığını vurğulayıb: “Zaman keçir, hələ də bu vəhşiliyi törədənlər layiqli cəzaların almayıblar. Bu günə qədər girovlarımızdan, itkin düşən yüzlərlə insanımızdan xəbər yoxdur. Buradan bir daha bütün dünyaya səslənirəm –Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və ətraf rayonlarımız Azərbaycanın ayrılmaz parçasıdır və mütləq əcdadlarımızın yaşadığı tarixi, əzəli torpaqarımıza qayıdacağıq”.

Sonda Jalə xanım Cəfərova başda Hadı bəy olmaqla bütün tədbir iştirakçılarına təşəkkürünü çatdırıb.

28535479 1743956558993901 1680222235 n

Oxunuş sayı 984 dəfə
Şərh vermək üçün giriş edin
Top