Bazar, 10 Dekabr 2017 21:00

Cəsur kəşfiyyatçımızdan Ali Baş Komandana və 1-ci Vitse-Prezidentə MÜRACİƏT...

1997 - ci il aprelin 7-də kəsfiyyat qrupumuz xüsusu tapşırıqla Qarabağa erməni mövqelərinə göndərilir. Leytenant Agayev Elxan Ataxan oglu, leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu, çavuş Rzayev Anar Üzeyir oğlu, çavuş Həsənov Aqşin Əli oğlu, Mustafayev Dinar Ibrahim oğlu, çavuş Ələkbərov Nizami Səfi oğlu, çavuş Cavadov Fariz Şamil oğlu, çavuş Əhmədov Aqil Mürsəl oğlu komandanlıq tərəfində qarşılarına qoyulmuş tapşırığı yerinə yetirirlər.   

Ancaq döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən ermənilər kəşfiyyat qrupunu mühasirəyə alır və 3 gün ərzində qeyri-bərabər döyüşdə kəşfiyyatçılarımız onlarla erməni əsgərini məhv edirlər, bütün silah-sursatlarını tükədən igidlərimiz ələ keçməmək üçün özlərini partladırlar və qəhrəmancasına şəhid olurlar. Həmin 8 kəşfiyyatçıdan yalnız çavuş Aqil Əhmədov sağ qalır. O həmin 7 kəşfiyyatçıdan öncə yaralandığından dəstədən ayrı düşür və sürünərək döyüş bölgəsindən xeyli aralansa da yaralı olduğundan çox uzağa gedə bilmədiyindən ermənilər onu əsir götürürlər. Bir il 11 aylıq əsirlikdən sonra məhz Heydər Əliyevin qətiyyəti sayəsində Aqil Əhmədov əsirlikdən azad olunur. Amma iki illik əsirlik həyatında verilən işgəncələr kəşfiyyatçımızın sağlmalığına sağalamaz yaralar vurur və əlil kimi ordudan tərxis olunur. 

İndi Aqil Əhmədov 41 yaşında olsa da ailə həyatı qura bilməyib və yaş ötdükcə xəstəlikləri onu daha da üstələyir, imkansızlıqdan isə müalicəsini lazımi şəkildə apara bilmir. Aqil ağır xəstəliyə mübtəla olsa da yenə ürəyi Qarabağ eşqi ilə döyünür və kəşfiyyata yollananda olduğu kimi bu gün də ermənilərə qarşı səngərlərə atılmağa hazır olduğunu bildirir. Amma xəstəliklərin əsirinə çevrildiyini də etiraf edir və Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edərək İkinci Qarabağ Savaşına hazır olmaq üçün lazım olan müalicələrin aparılmasına göstəriş vermələrini xahiş edir.

Qeyd edək ki, Milli Mədəniyyətimizin Təbliği İctimai Birliyinin rəhbəri, tanınmış QHT rəhbəri Jalə Cəfərovanın rəhbərliyi və təşkilatçılığı ilə dekabrın sonlarında həmin 8 cəsur kəşfiyyatçımıza həsr olunmuş "8 oğul istərəm" adlı maraqlı kompozisiya hazırlanıb təqdim olunacaq, şəhid igidlərimizin şərəfli döyüş yolu haqqında materiallar ictimaiyyətə təqdim olunacaq. Ümid edirik ki, igid kəşfiyyatçımızın müraciəti cavabsız qalmayacaq və ölkənin müvafiq qurumları hərəkətə keçərək. Aqilin 7 Şəhid dostunun ruhunun rahatlıq tapması naminə sağ qalmış yeganə kəşfiyyatçımızın müalicəsinin təşkili üçün lazımi addımlar atacaqlar. Mövzunu diqqətdə saxlayacağıq. 

Oxunuş sayı 1145 dəfə
Şərh vermək üçün giriş edin
Top