Bazar, 29 Yanvar 2017 21:00

Daha bir əsgərimiz şəhid oldu

Ermənilərlə həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndində  Azərbaycan ordusunun əsgəri Xanəli Fəttayev erməni gülləsindən dünyasını dəyişib.  

Sosial şəbəkələrdə yayılan bu məlumatı musavat.com şəhidin ailəsi ilə dəqiqləşdirib. 

Xanəli Fəttayevin yaxınları musavat.com-a deyiblər ki, 18 yaşlı əsgər 4 ay  öncə hərbi xidmətə yollanıb. Xanəli Fəttayevin ölüm xəbəri 29 yanvar saat 12:00-da ailəsinə verilib. Onun həmin gün səhər saat 6:00 radələrində şəhid olduğu deyilib. Ailədən bildirilib ki, gecə saatlarında övladlarının cənazəsi ailəyə təhvil veriləcək və hadisə haqqında ətraflı məlumat təqdim olunacaq. 

Qeyd edək ki, mərhumun ailəsi Bakının Binə qəsəbəsində, "Südçülük sovxozu" adlanan ərazidə yaşayır. 

Sosial şəbəkələrdə yaylan məlumata görə, mərhum vaxtilə ANS TV-nin "Ağıl dəryası" layihəsinin  iştirakçısı olub. Bu barədə  "Ağıl dəryası" verilişinin keçmiş aparıcısı Murad Əzimzadə öz "Facebook" hesabında yazıb.

Allah rəhmət etsin!

Oxunuş sayı 1428 dəfə
Şərh vermək üçün giriş edin
Top