Çərşənbə, 28 Dekabr 2016 21:00

Cəbhədə vəziyyət gərginləşdi- erməni general yaralandı

Vetenugrunda.Az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu gün səhər saat 07:30-da Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini, general-leytnant Enriko Apriamov Tovuzun Çinar kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan isə facebook sosial şəbəkəsində paylaşdığı statusunda generalın döyüşdə deyil, qəza zamanı yaralandığını yazıb: "Bu gün səhər Baş Qərargah rəisinin müavini Enrike Apriamovun olduğu avtomobil yol qəzasına düşüb. Nəticədə o və sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

Yaralıları klinik hospitala yerləşdiriblər. 

Oxunuş sayı 1778 dəfə
Şərh vermək üçün giriş edin
Top