Bazar ertəsi, 07 Noyabr 2016 21:00

Bakıya gələn erməni hüquq müdafiəçisi ilə görüş keçirilir - mətbuatı buraxmırlar

Hazırda Bakıda olan dissident erməni yazıçısı Vahe Avetyanla hüquq müdafiəçilərinin , diplomatik korpusların və dövlət qurumlarının təmsilçilərinin "Hyatt regensy" otelində görüşü keçirilir. Görüşün təşkilatçısı Milli QHT Forumudur. 

Görüş keçirilən məkanda olan əməkdaşlarımızın sözlərinə görə, Avetyanla hüquq müdafiəçilərinin görüşünə yerli mətbuatdan yalnız "AzerTac"ın əmədaşlarının buraxıblar, digər media təmsilçilərini görüşə dəvətli olmadıqları üçün qapı arxasında saxlayıblar.

Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir. 

Qeyd edək ki, İsveçdə yaşayan erməni yazıçısı artıq iki gündür ölkəmizin paytaxtındadır. O, burada şəhəri gəzir, görüşlər keçirir, öz təəssüratlarını sosial şəbəkədəki izləyiciləri ilə bölüşür. 

Bundan başqa, Avetyan bu gün çoxdankı arzusunu həyata keçirərək, Xocalı abidəsinə əklil qoyub.

Oxunuş sayı 1140 dəfə
Şərh vermək üçün giriş edin
Top