Cümə, 15 İyul 2016 21:00

Hulusi Akar xilas edildi

Türkiyədə hərbi çevrilişə cəhd edən qiyamçılar tərəfindən girov götürülmüş baş qəragah rəisi Hulusi Akar xilas edilib.

Bubarədə Türkiyə mediasındanxəbəryayıılıb.

Bildirilir ki, Akınçılar hərbi hava bazasında girov saxlanılan Hulusi Akarı xilas etmək üçün əməliyyat keçirilib və onu qiyamçıların əlindən qurtarmaq mümkün olub. Hazırda sabiq baş qərargah rəisi etibarlı bir yerə aparılır.

Onu da qeyd edək ki, Hulusi Akarın girov olduğu zaman baş qərargah rəisi vəzifəsinə müvəqqəti olaraq 1-ci ordu komandanı Ümid Dündar təyin edilib.

Oxunuş sayı 1750 dəfə
Şərh vermək üçün giriş edin
Top