Bazar, 10 İyul 2016 21:00

BMT-nin törətdiyi Srebrenitsa soyqrımından 21 il keçir - VİDEO

Öldürülənlərin günahı müsəlman olmaqları idi.

Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı (serb. Масакр у Сребреници) — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda 3 gün ərzində 8372 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədildi.

Bu soyqrım idi. Çünki əlisilahlılar qadın və uşaqları, qocaları, xəstələri, bir sözlə, qabağlarına çıxan hər kəsi vəhşicəsinə qətlə yetirirdilər.

Bu vəhşilik artıq, sənədlərlə sübuta yetirilib. Serb ordusuyla yanaşı "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etdi. BMT- isə özünü sülhsevər kimi göstərmək məqsədi ilə Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirdi. Lakin onlar müsəlmanların vəhşicəsinə qətlə yetirilməsinə kənardan maraqla baxırdılar. Sanki şouya baxırlar.

Çünki qətlə yetirilən müsəlmanların silahları bir həfə öncə BMT sülhməramlıları tərəfindən yığışdırılmışdı.

Srebrenitsa soyqırımı II Dünya Müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II Dünya Müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.

Yuqoslaviya dağıldıqdan sonra 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması BMT-ni 6 bölgəni "müdafiə" altına almağa məcbur etdi. Srebrenitsa da bu bölgələrdən biri idi.

Soyqırımdan əvvəl əhalisi 24 min olan şəhərə digər bölgələrdən qaçqınlar axın etdikdən sonra şəhər əhalisinin sayı 60 minə çatmışdır. Artıq Srebrenitsa aclıq və xəstəliklərlə mübarizə aparan bir qaçqın düşərgəsinə çevrilmişdi. Müsəlmanların əlindəki silahlar onları müdafiə edən" BMT sülhməramlıları tərəfindən yığılmışdı.

Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciətlər etdilər. Amma bu müraciətlər hollandiyalı sülhməramlılar tərəfindən rədd edildi. BMT sülhməramlıları yalnız iki F 16 təyyarəsi ilə şəhər üzərində uçuşlar keçirməklə kifayətlənirdi.

Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransız generalın əmri ilə şəhərdən çıxdılar. 1995-ci il iyulun 11-də Ratko Mladiç silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşmədilər. Onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirməyə başladılar. Vəhşiləşmiş serb əsgərləri gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə cəsədləri parçalayaraq hər birində 64 cəsəd olmaqla kütləvi məzarlıqlarda basdırırdılar.

Yəqin bu "qəhrəmanlıqlarına" görə idi ki, holland sülhməramlılarını bu qətliamdan sonra Hollandiya hökuməti "Ən üstün cəsarət" medalı ilə təltif etdi.

Sonralar yayımlanan video görüntülərin birində serb generalının Serebrenitsanı tərk edən hollandiyalı sülhməramlılarının komandirinə hədiyyə verməsi öz əksini tapıb.

Bəli, 21 il öncə Srebrenitsa da əsl xaç müharibəsi minlərlə müsəlmanın qətlinə səbəb oldu. Xristianlar müsəlmanları qətlə yetirdi, soyqrım törətdi. BMT bütün varlığı ilə müsəlmanların soyqrımını həyata keçirdi. Lakin bütün çirkli əməllərini Rusiyanın üzərinə yükləməyə çalışdı, hər zaman olduğu kimi. Bütün halllarda 21 il öncə öldürülən 8372 insanın günahı yalnız müsəlman olmaqları idi.

Oxunuş sayı 5466 dəfə
Şərh vermək üçün giriş edin
Top