Cümə, 08 İyul 2016 22:00

ABŞ təyyarələri İŞİD-a qarşı döyüşən kürdləri bombaladı - VİDEO

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirən ABŞ təyyarələri səhvən YPG (PKK-nın Suriya qanadının silahlı qolu) mövqelərinə zərbələr endirib.

Türkiyə mediasından xəbər verilir ki, Menbiçin şimal-qərbindəki YPG-yə aid iki mövqeni İŞİD mövqeləri ilə səhv salan ABŞ-ın iki döyüş təyyarəsi tərəfindən bombalanıb. Sonradan hədəfin səhv olduğu ortaya çıxsa da, artıq gec olub.
Qeyd edək ki, bir ay öncə ABŞ təyyarələri İŞİD-ə qarşı hücumda səhvən müxaliflərin mövqelərini bombalamışdı. (publika.az)

Oxunuş sayı 1513 dəfə
Şərh vermək üçün giriş edin
Top