Şənbə, 25 İyun 2016 22:00

Etkinson: “Bizdən sonra AB-ni bu ölkələr tərk edəcək”

Böyük Britaniyadan sonra Avropa Birliyindən danimarkalılar, finlər, hollandlar, fransızlar və çexlər çıxmağa çalışacaqlar.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Parlamentinin britaniyalı deputatı Cenis Etkinson söyləyib.

Onun sözlərinə görə, Avropa Birliyi kimlərinsə diktəsi altında saxlanıla bilməz. Britaniya hazırda ABŞ, Çin, Rusiya, Hindistan və Braziliya ilə ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalamalıdır.

Qeyd edək ki, Britaniya vətəndaşları dünən keçirilən referendumda AB-nin tərkibindən çıxmağa səs veriblər.

Oxunuş sayı 1401 dəfə
Şərh vermək üçün giriş edin
Top