Cümə, 17 İyun 2016 22:00

İraq hökuməti Əl-Faluca şəhərində qələbəni elan edib

İraq hökuməti paytaxt Bağdaddan 50 km qərbdə yerləşən əl-Faluca şəhərinə nəzarəti bərpa edib.

TASS xəbər verir ki, bunu televiziya ilə xalqa müraciət edən İraq baş naziri Heydər əl-Abadi bildirib.

“Növbəti hədəfimiz Mosul şəhəridir. Əl-Faluca isə yaxın saatlarda terrorçulardan tamamilə təmizlənəcək”, - deyə H.əl-Abadi bildirib.

Qeyd edək ki, iyunun 17-də İraq ordusu Əl-Faluca şəhərində hökumət binasının üzərinə ölkənin bayrağını sancıb.

Oxunuş sayı 1416 dəfə
Şərh vermək üçün giriş edin
Top