Çərşənbə axşamı, 14 İyun 2016 22:00

Tramp hərbçiləri rüşvətxor adlandırdı

ABŞ hökumətinin İraqa göndərdiyi maliyyənin bir qismi amerikalı hərbçilər tərəfindən mənimsənilir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hərbçilər qarşısında çıxışı zamanı deyib.

“İraqda da hiyləgərlik edirlər. Görəsən, milyonlarla dollar necə gətirilir və paylanır? Bu işi həyata keçirənlərin kim olduğunu bilmək istəyərdim. Əminəm, hazırda onlar çox yaxşı həyat tərzi sürürlər”, - Tramp bildirib. 

Oxunuş sayı 1328 dəfə
Şərh vermək üçün giriş edin
Top