Bazar ertəsi, 30 May 2016 22:00

İranda inqilab: Azərbaycan dilinə izn verildi

Hökumət xalqın əksəriyyətinin türk və kürd olduğu bölgələrdəki məktəblərdə dərslərin türk və kürd dilində keçirilməsi haqqında əmr verib.

Bunu jurnalistlərə açıqlamasında İran prezidentinin dini və etnik azlıqlar üzrə xüsusi nümayəndəsi Əli Yunusi söyləyib.

Onun sözlərinə görə, artıq bu layihə Kürdüstan bölgəsində məktəblərdə tətbiq edilib. O, əsas bazanın formalaşdırılmasından sonra bu təcrübənin ölkənin digər bölgələrində də tətbiq ediləcəyini bildirib.

Qeyd edək ki, bundan öncə İran Prezidenti Həsən Ruhani ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını müdafiə edib. O, İran Administrasiyasının Təhsil Nazirliyi ilə birlikdə İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması məsələsini müzakirə etdiyini bildirib.

Oxunuş sayı 1446 dəfə
Şərh vermək üçün giriş edin
Top